RU

İslamiada: Azərbaycan idmançıları bu gün 5 növbə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri beş idman növündə mübarizə aparacaqlar.

Üzgüçülərdən Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitskiy, Ramil Vəlizadə, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı və 2 qız, 2 oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaq.

Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinalda Misir seçməsi ilə üz-üzə gələcək. Cüdo yığması isə 1/4 finalda Səudiyyə Ərəbistanı ilə münasibətlərə aydınlıq gətirəcək.

Ağırlıqqaldıran Ravin Alməmmədov (79 kq) yarışa qrup mərhələsində start verəcək.

Dörd boksçumuz isə bu gün final görüşünə çıxacaq. Nərgiz Zeynalova (54 kq) Ayşen Taşkinlə (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq), Sultan Osmanlı ilə (Türkiyə), Aynur Mikayılova (57 kq) Khumorabonu Mamajonova ilə (Özbəkistan), Məhəmmədəli Qasımzadə (60 kq) Madiyar Daniyarovla (Özbəkistan) döyüşəcək.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 17 mükafat (2 qızıl, 3 gümüş, 12 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı sıradadır.

Избранный
17
fanat.az

1Источники