RU

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Dogru.az saytına istinadən ain.az xəbər verir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, noyabrın 9-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Doğru.az xəbər verir ki, mərasimlər hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqlarının sıra meydanlarına gətirilməsi və tədbirin açıq elan edilməsi ilə başlayıb. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq qalacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək onlara nümunəvi xidmət, silah və texnika biliklərinin dərin öyrənilməsi, komandir-rəis heyətinin əmr və göstərişlərinin dəqiq icrası və torpaqların müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Andiçmə mərasiminin 9 Noyabr – Dövlət Bayrağı Gününə təsadüf etməsi şəxsi heyət üçün xüsusilə yaddaqalan olub.

Valideynlər övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasim təntənəli marşlarla tribunaların önündən hərbi qulluqçuların keçidi və konsert proqramları ilə yekunlaşıb.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
3
dogru.az

10Источники