RU

Zəfər paradında dünyaya verilən mesaj: Azərbaycan tək deyil!

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümü münasibətilə noyabrın 8-də Bakının Azadlıq meydanında möhtəşəm parad keçirildi. Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak etdi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, qonaq dövlət başçıları da paradda çıxış etdilər. 

Zəfər paradı dünyaya hansı mesajlar ötürdü? 

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Türkiyə və Pakistan liderlərinin Zəfər paradında iştirakı bir daha Azərbaycanın tək olmadığını göstərib:

"Zəfər paradı çox möhtəşəm idi. Paradda dost ölkələrin - Türkiyə və Pakistan liderlərinin də iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Bunun həm siyasi, həm də strateji mənası var. Burada yalnız dostluqdan, qarşılıqlı münasibətlərin rəmzindən deyil, eyni zamanda, regionda sülh və sabitliyə yönəlmiş orta mövqenin nümayişindən söhbət gedir. Hər üç ölkənin rəhbərlərinin çıxışlarında verdikləri mesajlar bizim daim bir yerdə olmağımızın, eyni zamanda strateji tərəfdaş kimi istər ərazi bütövlüyümüzə, istərsə də digər təhdidlərə qarşı atılacaq addımların mühümlüyündən xəbər verir. Gösərdilər ki, biz həmrəyik. Bu, həm də hər üç dövlətin birgə təhlükəsizlik konsepsiyasının ortaya qoyulmasıdır. Türkiyə və Pakistan liderlərinin paradda iştirakı bir daha göstərdi ki, Azərbaycan tək deyil. Beynəlxalq müstəvidə NATO-nun ən döyüşkən ordusuna sahib Türkiyə, eyni zamanda nüvə silahı olan Pakistan kimi dövlət yanımızdadır. Hər iki dövlət Azərbaycanı tərəfdaş, strateji əhəmiyyətli dost ölkə kimi qəbul edir. İstər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımından hər üç dövlət müxtəlif beynəlxlq səviyyəli platformalarda bir-birini dəstəkləməklə yanaşı, eyni zamanda, bir daha göstərdilər ki, strateji əhəmiyyətli ən ciddi tərəfdaşlardır".

Komitə sədri vurğulayıb ki, Azərbaycan, Türkiyə və Pakistan dünyaya dostluğun nə olduğunu göstərib:

"Həm Türkiyə, həm də Pakistanın rəhbərlərinin, eyni zamanda əsgər və zabitlərinin bu paradda iştirakı münasibətlərimizə xüsusi rəng qatdı. Türkiyə şahinlərinin F-16-larla havada göstərdiyi çıxış çox mühüm əhəmiyyət kəsb edir və regional sabitliyə, enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi baxımından vacib  məsələdir. Biz dünyaya dostluğun nə olduğunu, beynəlxalq səviyyədə ümumi maraqlardan doğan problemlərin necə həll edilməsini bir daha göstərdik. Belə tədbirlər ölkələrimiz arasında strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə, birgə müdafiə sənayesinin təşkili, lizensiyalardan ibarət müxtəlif silahların istehsalı, təhsil, iqtisadi, texnoloji və digər istiqamətlərdə müəyyən imkanların yaranmasına şərait yaradır. Bir daha qeyd etmək istərdim ki, bu mesajlar olduqca mühümdür və regionda sülhə, inkişafa, qarşılıqlı etimada xidmət edir. Biz bunu Türkiyə Prezidenti cənab Ərdoğnanın və Pakistan Baş naziri Şahbza Şərifin çıxışlarında bir daha gördük. Ali Baş Komandan İlham Əliyevin çıxışı isə birmənalı olaraq hər üç dövlətin eyni hədəfə vurmağının önəmini göstərdi".

Избранный
56
27
modern.az

10Источники