Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
...gəmilərdən biri yanır.
Noyabrın 10-u gecəsi Rusiyanın Krasnodar diyarındakı Tuapse şəhərində bir sıra partlayışlar və sonradan yanğın baş verib.
SİA xəbər verir ki, Rusiya pilotsuz təyyarə hücumu barədə məlumat verib.
İlkin məlumata görə, limana hücum edilib. Ukrayna mediası ehtimal olunan zərbələrin vurulduğunu bildirib.
Noyabrın 9-u saat 23:00 radələrində Tuapsedə pilotsuz təyyarə təhlükəsi barədə xəbərdarlıq edilib.
...Tuapsedə pilotsuz təyyarə təhlükəsi barədə xəbərdarlıq davam edir. Yerli sakinlər nəticələr barədə məlumat verirlər. Gəmilərdən birinə zərbə vurulduğu ehtimal olunur, - Telegram monitorinq kanalı Exilenova+ bildirib.
OSINT kanalının Dnipro Osint-ə verdiyi məlumata görə, Tuapse dəniz pilotsuz təyyarələrinin hücumuna məruz qalır. Görüntülər göstərir ki, zərbə ilkin olaraq 167 nömrəli körpünün yaxınlığında qeydə alınıb.
Telegram kanalı Supernova+ bildirir ki, hücum nəticəsində Tuapsedəki yerli limandakı gəmilərdən biri yanır.
Xatırladaq ki, noyabrın 2-də Ukrayna Təhlükəsizlik Xidməti digər təhlükəsizlik və müdafiə qüvvələri ilə birlikdə Krasnodar diyarındakı Rusiyanın Tuapse limanındakı neft terminalına hücum həyata keçirib.
Pilotsuz təyyarənin hücumu nəticəsində bir tanker və liman infrastrukturunun bir hissəsi məhv olub.
Əli Babayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.