RU

Uşaq evindən qaçan Ramal aylar sonra Video

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Aparıcı Xoşqədəm Hidayətqızı bir il əvvəl uşaq evində döyüldüyü üçün oradan qaçması ilə gündəmə gələn Ramalla bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, aparıcı Ramalın hazırda uşaq evində olduğunu bildirib:

"Bu, bizim Ramalımızdır… Bəli, o Ramal - bir vaxtlar uşaq evindən qaçıb “Səni axtarıram” verilişinə gələn, hər baxışında kədər, sözündə ümidsizlik olan o uşaq. O vaxt Ramalın gözlərində qorxu var idi. Amma indi baxın, o gözlərdə ümid var. Çünki indi Ramalın evi var, sevgisi var, qayğısı var. Onu Zabratdakı Sosial Xidmətlər Agentliyinə məxsus sığınacağa yerləşdirmişdik. O gündən bəri çoxları soruşurdu: “Ramal necədir?Nə vəziyyətdədir? Xoşbəxtdirmi?”. Bəli, Ramal indi yaxşıdır. O, dəyişib. Dərslərinə marağı artıb, davranışı düzəlib, gələcəyə addım-addım gedir. Buradan Zabrat sığınacağının komandasında çalışan bütün mütəxəssislərə ürəkdən təşəkkürümü bildirirəm. Siz Ramala sadəcə sığınacaq yox, sevgi verdiniz. Siz onun həyatına işıq oldunuz.

Amma bu görüntülərin arxasında bir dərs var. Bir sual var: Niyə Ramal kimi uşaqlar tənha qalır? Niyə valideyn sevgisindən məhrum böyüyürlər? Valideynlərə səslənirəm: Uşaqlarınızı atmayın! Əgər onları saxlaya, böyüdə, sevməyə gücünüz çatmayacaqsa, xahiş edirəm, dünyaya gətirməyin. Çünki uşaq atıldığı günü deyil, unudulduğu günü itir. Uşaqlarımıza sevgimizi əsirgəməyək, çünki uşaqlar sevilmək üçün yaranıblar.

Unutmayaq, uşaqlara verilən hər sevgi, gələcəyin ən gözəl sərmayəsidir. Uşaqlarınızı sevin, qoruyun, atmayın. Valideyn olmaq qanla deyil, qəlblə yazılır".

Qeyd edək ki, Ramal "Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...

Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (red: sözügedən vəzifəni Gülnarə Şəmiyeva icra edir). O da belə şeylər edir" sözləri ilə gündəmə gəlmişdi. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
2
axsam.az

3Источники