RU

Şərurda minik və yük avtomobilləri toqquşdu: Ölən var

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyna kəndi ərazisində qeydə alınıb.

Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil “TIR”la toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Избранный
20
6
konkret.az

9Источники