RU

“Yunayted” yayda ondan birdəfəlik qurtulacaq

“Mançester Yunayted” Ceydon Sançodan birdəfəlik qurtulmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, “Football Insider”in məlumatına görə, “qırmızı şeytanlar” ingilis futbolçunu gələn yay, hətta “Aston Villa” onun müqaviləsini satın almamaq qərarına gəlsə belə, pulsuz buraxacaq. Müqaviləyə əsasən, “Mançester Yunayted” birtərəfli qaydada müqaviləni daha bir il uzada bilər, lakin klubun buna marağı yoxdur.

Səbəb sadədir: Sançonun klubda gələcəyinin olmaması ilə yanaşı, rəhbərlik nəyin bahasına olursa-olsun xərcləri minimuma endirməyə çalışır. Və Ceydonun müqaviləsində həftəlik 200 min funt sterlinq maaş var.

Избранный
41
22
publika.az

10Источники