AZ

“Mançester Yunayted” Rasmus Hoylundu “Napoli”yə satmaq niyyətindədir

Bakı. Trend:

“Mançester Yunayted” qış transfer pəncərəsində danimarkalıhücumçu Rasmus Hoylundu “Napoli”yə satmağı düşünür.

Trend bubarədə “Mirror”a istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, ingilis klubu hücumçu üçün 38 milyonfunt sterlinq (43 milyon avro) almaq niyyətindədir.

Onun “Napoli” komandasına icarəyə verilməsi şərtlərinə 44 milyonavroluq satın alma variantı daxildir, lakin “qırmızı şeytanlar”müqaviləni ən qısa müddətdə yekunlaşdırmağa can atırlar. Danışıqlaryaxın həftələrdə aparılacaq.

Bu mövsüm Hoylund klubda və Danimarka millisində 12 oyundasəkkiz qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt”portalındakı məlumata görə, onun bazar dəyəri 45 milyonavrodur.

Seçilən
19
3
az.trend.az

4Mənbələr