RU

Bərdədə dəm qazı faciəsi: Nənə və nəvənin ölümü ilə bağlı təfərrüatlar...

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bərdədə dəm qazından zəhərlənərək ölən nənə və nəvənin hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, həyatını itirən Aytən Fətəliyeva ev sahibinin ikinci həyat yoldaşı olub və təxminən 3 ay əvvəl ailə qurub.

Hadisə zamanı A.Fətəliyeva ögey nəvəsi Sadiq Nəcəfovu hamamda çimizdirirmiş.

Sadiq Nəcəfovun atası Orxan Nəcəfov isə hazırda Azərbaycan Respublikası Ordusunun N saylı hərbi hissəsində əsgər olaraq xidmətdədir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Bərdədə iki nəfər dəm qazından zəhərlənərək həyatını itirib.

Teleqraf-ın Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Kənd sakini Aytən Əsgər qızı Fətəliyeva nəvəsi Sadiq Orxan oğlu Nəcəfovu çimizdirərkən hamamda dəm qazından zəhərləniblər.

Hər iki şəxs dünyasını dəyişib. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb və müayinədən sonra yaxınlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
66
sherg.az

1Источники