RU

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini, 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Избранный
14
10
konkret.az

10Источники