GƏNCƏ, 9 noyabr. TELEQRAF
Gəncədə 16 yaşlı məktəbli bıçaqlanıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində baş verən hadisə zamanı 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.