RU

İvanovka kəndinin sirləri: Oranı kimlər niyə tərk ediblər? VİDEO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Kəndinə qayıt" verilişinin yeni buraxılışında Azərbaycanın ən qədim bölgələrindən biri olan Gədəbəyin əvvəllər "Qarapapaq", "Seyiddərəsi" adlandırılan Novoivanovka kəndinə səyahət edilib.Bizim.Media xəbər verir ki, İvanovka Gədəbəyin sonuncu sərhəd kəndidir.Rayon mərkəzindən buraya olan məsafə təxminən 35 kilometrdir. Kənddə 2 000-ə yaxın əhali yaşayır.

 

Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada məskunlaşan İvanov soyadlı şəxslə bağlıdır. Kəndin adı "İvanovun yeni kəndi" mənasını verir.

Əvvəllər burada ruslar çoxluq təşkil etsələr də, bu gün onların sayı azalıb. Hazırda kənddə Qərbi Azərbaycandan olan soydaşlarımız üstünlük təşkil edir.Müharibə dövründə bir çox ruslar kəndi tərk etsə də, Nadya nənə "mənim Vətənim buradır" deyərək heç yerə getməyib."Mən Rusiyaya bir dəfə getmişəm, amma bizim xalqı onlara dəyişmərəm.

 

Yoldaşım dedi ki, ora yaxşıdır, köçək. Mənim atam, babam - hamısı burada yaşayıb. Mən necə torpağımı qoyub gedə bilərəm?! Bizim millət hamısından yaxşıdır. Yoldaşım da rus idi.

Əvvəllər meşəyə, kluba gedirdik, qışda xizək sürürdük, klubda rəqs edirdik. Mən onunla kinoda tanış oldum", - deyə o bildirib.Daha ətraflı Baku TV-nin videomaterialında:Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
bizim.media

10Источники