ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Böyük Britaniya hakimiyyəti Rusiya təyyarələrinin alınması ilə sanksiyaların pozulduğunu müəyyən etmək üçün araşdırmaya başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Observer” məlumat yayıb.
Biznes və Ticarət Departamentinin məlumatına görə, Britaniya 2025-ci ilin yanvar-iyun aylarında Rusiyadan 80 milyon funt sterlinq (105 milyon dollar) dəyərində mal idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,2% artım deməkdir.
Nəşrin iddiasına görə, ümumilikdə 36,6 milyon funt-sterlinq (47,7 milyon dollar) Rusiya təyyarələri üçün olub. Böyük Britaniya rəsmiləri bu satınalmalara hazırkı sanksiyalar rejimi altında icazə verilib-verilmədiyini təsdiqləyə bilməyiblər.
Böyük Britaniya hökumətinin sözçüsü ticarət məhdudiyyətlərini pozduqlarına inanan şirkətləri səlahiyyətlilərə məlumat verməyə çağırıb.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.