Misli Premyer Liqasının XI turunda "Sabah" "Kəpəz"i məğlub edib.
Publika.az xəbər verir ki, "Zəfər turu"na təsadüf edən matçda Bakı kollektivi 3:1 hesablı qələbəyə sevinib.
Qalib komandanın qollarını Velko Simiç (22), Coy Lens Mikels (28) və İqor Nogeyra (54) vurublar. Gəncəlilərdən isə Olavale Onanuqa (45+5) fərqlənib.