Türkiyənin hüquq-mühafizə orqanları idman mərc işi ilə bağlı təxminən 600 futbolçunu dindirəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu, gələn həftə baş tutacaq. Oyunçular Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən qanunsuz saytlarda mərc etməkdə şübhəli bilinirlər. İnterpol da Türkiyə hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqa qoşulub.
Əvvəllər Türkiyədə idman mərc işi ilə bağlı 17 futbol hakiminin həbs olunduğu bildirilirdi. Həbslər İstanbulda və ölkənin digər 11 əyalətində baş verib.
1 noyabrda Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Şurası idman mərcində günahkar bilinən hakimlərə cəza tətbiq edib. Sanksiyalar peşəkar komandaların oyunlarını idarə edən 149 hakimi hədəf alıb. Onlar 8 aydan 12 aya qədər diskvalifikasiya alıblar.