Filippinin şərq və şimal regionlarında "Funq-Vonq" supertayfununun yaxınlaşması səbəbilə təcili xidmətlər 100 mindən çox insanı təxliyə edib.
Publika.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Qasırğanın bu gün ölkə ərazisinə çatması gözlənilir. Küləyin sürətinin 64 m/s-dək çatması proqnozlaşdırılır.