Filippinin şərq və şimal regionlarında "Funq-Vonq" supertayfununun yaxınlaşması səbəbilə təcili xidmətlər 100 mindən çox insanı təxliyə edib.
B barədə "Reuters" agentliyi xəbər verir.
Qasırğanın bu gün ölkə ərazisinə çatması gözlənilir. Küləyin sürətinin 64 m/s-dək çatması proqnozlaşdırılır.
Hava şəraiti ilə əlaqədar ölkədə 300-dən çox daxili və beynəlxalq reys ləğv edilib.