RU

İslamiada: Azərbaycanın 2 cüdoçusu finala yüksəldi

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Yeni sabah" xəbər verir ki, Zelim Kotsoyev (100 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.

Aytac Qardaşxanlı (70 kiloqram), Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.


Telegram kanalımız
Избранный
19
8
yenisabah.az

7Источники