Bakı. Trend:
Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtıƏr-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finalayüksəlib.
Trend-inməlumatına görə, Zelim Kotsoyev (100 kiloqram) və Südabə Ağayeva(70 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.
Aytac Qardaşxanlı (70 kiloqram), Günel Həsənli (78 kiloqram),Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isəbürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və2 bürünc medal qazanıblar.