Niderland Erediviziyasında 12-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Özan Can Kökçünün formasını geyindiyi “Volendam” evdə “NAK Breda”nı 2:1 məğlub edib.


Kökçü 69-cu dəqiqədə meydana daxil olub.


“Volendam” hazırda 13 xalla turnir cədvəlində 13-cü yerdədir.