Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı"Hizbullah" təşkilatına məxsus yük maşınına zərbə endirib.
Trend-inməlumatına görə, bu barədə "Lebanon 24" xəbər portalı bildirib.
Məlumata əsasən, zərbə nəticəsində yük maşını alovlanıb və onuidarə edən "Hizbullah" döyüşçüsü həlak olub.
Bildirilib ki, gadisə Livanın cənubundakı Əs-Səvvan və XirbətSilm şəhərləri arasındakı magistral yolda baş verib.