RU

“Qalatasaray”ın prezidentindən eyham: Messi icarəyə götürülür?

“Qalatasaray”ın prezidenti Dursun Özbək “İnter Mayami”nin hücumçusu Lionel Messinin potensial qısamüddətli icarəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib .


Manset.az xəbər verir ki, Özbək bu barədə Türkiyə mətbuatına danışıb:

“Messidən danışırsınız? “Qalatasaray” hətta belə danışıqların mümkün olduğu səviyyəyə çatıb. Biz barı çox yüksək qaldırdıq. Ardıcıl üç çempionluq qazanan komandanın özəyini qoruyub saxlamağı bacardıq. Etdiyimiz hər şey maddi imkanlarımız daxilində qalır. Ona görə də indi Messi haqqında soruşa bilərik”.

Xatırladaq ki, MLS-in müntəzəm mövsümü oktyabrda başa çatıb və pley-off mərhələsi dekabrın əvvəlinə qədər davam edəcək. Növbəti mövsüm 2026-cı ilin martında başlayacaq.

Избранный
19
1
manset.az

2Источники