RU

Mahir Emreli nəhayət ki, “Kayzerslautern”də meydana çıxdı

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Almaniyada 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” evdə “Herta”ya (Berlin) 0:1 uduzub.

Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub.

Qeyd edək ki, bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu idi. O, 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib. “Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
8
qafqazinfo.az

10Источники