RU

4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... - VİDEO

Ölümündən 33 il sonra Milli Qəhrəman adı verilən baş leytenant Vaqif Qurbanovun ailəsi danışıb.

"Yeni Sabah" qafqazinfo-ya istinadla xəbər verir ki, Milli Qəhrəmanın qızı Sevinc Qurbanova atası şəhid olanda dördaylıq olduğunu deyib:

"Atalıq hissi nədir heç bilmirəm. O hissi başa düşmürəm. Uşaq vaxt başqaları "ata" deyəndə içimdə qəribə sızıltı olub. Çox istəmişəm ki, atam yanımda olsun.

Onun yeganə övladıyam. Arzum olub ki, yolunu davam etdirim. Qızları üçün ataları onsuz da qəhrəman olur, amma mənim atam mənim üçün başqa qəhrəmandır".

Ətraflı İTV-nin reportajında:


Telegram kanalımız
Избранный
14
10
yenisabah.az

10Источники