ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
NATO-nun sabiq rəhbbəri Yens Stoltenberq Vladimir Zelenskinin Ukrayna üzərindəki səmanı bağlamaq tələbini niyə rədd etdiyini açıqlayıb.
AzPost bildirir ki, o, bu barədə The Sunday Times qəzetinə verdiyi müsahibədə deyib.
Stoltenberq Rusiyanın Ukraynaya tammiqyaslı hücumu başlayan zaman NATO-ya rəhbərlik edib.
“Zelenski mənə Kiyevdəki bunkerdən, rus tankları yolda olduğu zaman zəng etdi. Dedi ki, ‘Bununla razı olmasam da, NATO-nun quru qoşunlarını göndərməyəcəyinizi qəbul edirəm. Amma xahiş edirəm hava məkanını bağlayın. Rusiya təyyarələrinin, dronlarının və helikopterlərinin uçub üstümüzə hücum etməsinə icazə verməyin'”, – deyə Stoltenberq xatırlayıb.
Lakin o, Zelenskinin tələbini rədd edib. NATO-nun sabiq başçısı deyib ki, bu, NATO təyyarələrinin təhlükəsizliyini təmin etmək üçün Belarus və Rusiyadakı Rusiya hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq demək olardı. “Əgər Rusiya təyyarəsi və ya helikopteri havadadırsa, onu vurmalıydıq. O zaman NATO ilə Rusiya arasında tammiqyaslı müharibədə olacağıq. Biz buna hazır deyilik. O vaxtkı ABŞ prezidenti Baydenin dediyi kimi, “Ukraynaya görə, üçüncü dünya müharibəsi riskinə gedə bilmərik”,-deyə siyasətçi əlavə edib.
Stoltenberq əmindir ki, Rusiya ilə birbaşa müharibəyə girmədən Ukraynanı dəstəkləmək “düzgün yanaşma” olaraq qalır. NATO -nun sabiq rəhbərinin sözlərinə görə, əgər alyans Krımın ilhaqından dərhal sonra Kiyevə vaxtında hərbi yardım göstərsəydi, Rusiyanın tammiqyaslı işğalı baş verməyə bilərdi.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.