RU

Messi 400 məhsuldar ötürmə edən ilk futbolçu olub

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə edən ilk oyunçu olub.

Day.Az-ın məlumatına görə, Messi bu göstəriciyə Əsas Futbol Liqasının (MLS) pley-off mərhəlisində 1/8 finalının üçüncü oyununda "Neşvill"ə qarşılaşmada çatıb. Oyun ev sahibi komandanın 4-0 hesablı qələbəsi ilə başa çatdı. Messi iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə də etdi.

 

Messi ən çox məhsuldar ötürmə "Barselona"da edib - 269. O, həmçinin komanda yoldaşlarına Argentina millisində 60, "İnter Mayami"də 37 və "Paris Sen-Jermen"də 34 məhsuldar ötürmə edib.

Избранный
18
4
day.az

10Источники