RU

Suriya Prezidenti ABŞ-yə getdi

Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ-yə rəsmi səfər edib.Metbuat.az xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb. Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulmaq istədiyini bildirib.

Qeyd edək ki, Suriya Prezidenti əvvəllər də ABŞ-yə səfər edib. Bu ilin sentyabrında onun səfəri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.

Избранный
39
4
metbuat.az

10Источники