RU

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. Maraqldır ki, qoyun əti əsasən qeyri-müsəlman ölkələrdən igətirilir. Bu da müəyyən narahatlıq yaradır. Çünki islam qaydalarına uyğun formada kəsilmiş heyvanların müsəlmanlara təklif edilməsi həm mənəvi, həm də İslami baxımdan doğru deyil.Bəs bu məsələni necə tənzimləmək olar?

 

MÖVZU İLƏ BAĞLI:Monqolustan əti niyə 12 manatdır? - SƏBƏBİ BİLİNDİ - ARAŞDIRMA

Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərdik. Qurumun mətbuat katibi İlkin Kərimov Bizim.Media-ya bildirib ki, AQTA göndərilən ölkəyə idxal olunan məhsulların minimum keyfiyyət təhlükəsizliyinə nəzarət edir:“Belə ki, mal gömrük ərazisinə daxil olanda tərəfimizdən həm sənəd, həm eynilik, həm də fiziki nəzarət tədbirləri həyata keçirilir. Bu zaman məhsulların tərkib göstəriciləri yoxlanılır, laborator analizlər götürülür. nümunələr uyğun olduqda o zaman məhsullara idxal sağlamlıq aktları verilir, dövriyyəyə buraxılır.“Halal” məsələsi ilə bağlı biz onu deyə bilərik ki, əgər ölkəyə məhsul idxal edən şəxs bəyan edirsə ki, ölkəyə “halal ət” və yaxud “halal kolbasa” gətirir, o zaman bəyan etdiyi məlumatla, gətirilən məhsulun faktiki tərkibi laborator analizə cəlb edilir və müvafiq qərar verilir. “Halal” standartı isə məcburi yox, könüllüdür”.Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
12
bizim.media

10Источники