RU

Novak Cokoviç karyerasının 101-ci titulunu qazandı

Serbiyalı tennisçi Novak Cokoviç Afinada keçirilən ATP turnirinin qalibi olub və karyerasında 101-ci titulu qazanıb.

Publika.az xəbər verir ki, məşhur raketka ustası finalda italiyalı peşəkar tennisçi Lorenzo Musettini 2:1 hesabı ilə (4:6, 6:3, 7:5) məğlub edib. İki tennisçi indiyədək 10 dəfə qarşılaşıb. Bu görüşlərdə Cokoviç 9 dəfə qələbə qazanıb.

Qeyd edək ki, 37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.

Избранный
45
7
publika.az

9Источники