RU

Kolumbiyada CELAC–Aİ sammiti işə başlayıb

Bakı. Trend:

Kolumbiyanın Santa Marta şəhərində Latın Amerikası və KaribDövlətləri Birliyi (CELAC) ilə Avropa İttifaqının (Aİ) iki günlüksammiti öz işinə başlayıb.

Trend xəbər verirki, görüşün əsas mövzuları ticarət əlaqələrinin gücləndirilməsi vəmütəşəkkil cinayətkarlıqla mübarizədir. Sammit ABŞ-nin Avropamüttəfiqləri və Latın Amerikası ölkələrinə artan təzyiqləri fonundakeçirilir.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib ki,CELAC-ın 33 üzvü ABŞ-la gərgin münasibətlərə cavab olaraq sammitindördüncü iclasında Venesuelaya həmrəylik göstərə bilərlər. Onunsözlərinə görə, iştirakçılar Karakasa dəstək bəyannaməsi qəbul edəbilərlər.

Müşahidəçilər hesab edirlər ki, belə bir sənədin Avropaİttifaqının dəstəyini qazanması çətin olacaq və sammitin mühümqərarlar qəbul etməsi ehtimalı azdır.

Avropa İttifaqını tədbirdə Avropa Şurasının Prezidenti AntonioKoşta və İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə alinümayəndəsi Kaya Kallas təmsil edir.

Избранный
102
az.trend.az

1Источники