RU

Putin iki ildir arzuladığı qələbəyə çox yaxındır: Zelenski çarə axtarır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya qoşunları nəhayət Ukraynanın şərqindəki Pokrovsk şəhərini ələ keçirməyə yaxındırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilir ki, bu, Vladimir Putinin təxminən iki ildir arzuladığı, lakin Rusiya üçün çox baha başa gələn bir qələbədir.

Son günlərdə Rusiya bölmələrinin Ukraynanın müdafiəsini yarıb Pokrovska daxil olmasından sonra şəhər yaxınlığında döyüşlər kəskin şəkildə şiddətlənib. Moskvanın şəhərin tam mühasirəyə alındığı haqda iddialarına baxmayaraq, Kiyev şiddətli toqquşmaların getdiyini qeyd edir.

Ukraynalı komandirlərdən biri CNN-ə bildirib ki, vəziyyət dəhşətlidir və şəhər demək olar ki, mühasirədədir.

Analitiklər qeyd edirlər ki, Pokrovsk uğrunda döyüş logistikadan daha çox prestij məsələsinə çevrilib. Ukrayna əsgərləri vəziyyətin kritik olduğunu etiraf edirlər. Bildirirlər ki, şəhərin süqutu qaçılmazdır, ancaq geri çəkilmək üçün heç bir əmr verilməyib.

“Pokrovsk şəhərini çox uzun müddətdir ki, əlimizdə saxlaya bilmişik. Lakin qüvvələrimiz tükənib və kömək vaxtında gəlməyib. Ona görə də, Baxmut və Avdievka faciələrinin təkrarlanmasından qorxuruq”, – deyə əsgərlərdən biri deyib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
globalinfo.az

1Источники