RU

Napoleon tortu niyə belə adlanır? Tarix və versiyalar

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Napoleon” tortu dünyanın bir çox ölkəsində sevilən desertlərdən biridir. Lakin bu kulinariya klassikasının arxasında müxtəlif əfsanələr və maraqlı versiyalar dayanır. Bəziləri onu İtaliya ilə, bəziləri Fransa imperatorları və tarixi qələbələrlə əlaqələndirir.

Tortun adı haradan gəlir?

Lent.az bu barədə xarici  mediaya istinadla xəbər verir. 

1. Mənşə versiyası

Bəzi mənbələrə görə “Napoleon” tortu II Fransız imperiyası dövründə (1852–1870) Napaleon III Bonapartın dövründə yaranıb. O zaman desertin Fransada məşhur olan “mille-feuille” (min qat) versiyası hazırlanırdı, yəni laylı xəmirdən ibarət, qaymaqlı qatlarla bəzədilmiş tort.

Digər versiyaya görə, tortun kökü İtaliyanın Neapol şəhərinə gedib çıxır. Həmin dövrdə “napolitano” və ya “napolitain” adlanan desertlər var idi və bu ad zamanla “Napoleon” kimi təhrif olunmuş ola bilər. Maraqlıdır ki, ilkin “napolitan” deserti şirin deyil, ispanaq, kəsmik və pesto sousundan ibarət idi. Sonradan isə bu ad fransız desertinə keçərək fərqli məna kəsb edib.

Fransada bu desert bu gün də “Napoleon” yox, “mille-feuille” kimi tanınır, yəni “min təbəqə”. Əslində isə rus və ukrayna versiyalarında qatlar daha çox olur, lakin ideya eynidir: laylı xəmir və kremli qatlar.

2. Romantik versiya

Əfsanəyə görə, Napaleon Bonapartın özü bu tortun yaranmasına ilham verib. Bir gün arvadı Jozefina, imperatorun saray xanımlarından biri ilə pıçıltı ilə danışdığını görüb və qısqanclıqdan səbəb soruşub. Napaleon isə vəziyyətdən çıxmaq üçün guya yeni desert resepti haqqında danışdığını deyib. O, həmin axşam aşpazına göstəriş verərək Jozefinanı heyran edəcək tort hazırlamağı tapşırıb. Növbəti gün yaradılan desert o qədər uğurlu alınıb ki, sarayda hamı onu sevməyə başlayıb və tort imperatorun şərəfinə “Napoleon” adlandırılıb.

3. “Rus versiyası” — 1812-ci ilin şərəfinə

Ən çox qəbul edilən versiyaya görə, tort Rusiyada 1912-ci ildə, Napaleonun 1812-ci il müharibəsində məğlubiyyətinin 100 illiyi münasibətilə yaradılıb.

Yubiley mərasimləri üçün yeni yeməklər icad edən rus aşpazlar bu tortu da təqdim ediblər. O, əvvəlcə üçbucaq formada hazırlanırdı. Bu, Napaleonun məşhur üçbucaq papağını (bikornu) simvolizə edirdi. Üzərinə səpilən xırda qırıntılar isə fransız ordusunun “karda məğlubiyyətini” təcəssüm etdirirdi.

Zamanla tortun forması dəyişərək bugünkü klassik dairəvi və ya kvadrat formaya düşüb. Əslində isə bu desertin əsasında fransız “mille-feuille” resepti dayanır.

Başqa bir ehtimala görə, “Napoleon” resepti Rusiyaya Fransadan qaçan aristokratlarla birgə gəlib. Fransız “napolitain” adının rus tələffüzündə dəyişməsi nəticəsində isə “Napoleon” forması yaranıb.

4. Müasir növlər: “yaş” və “quru” Napoleon

Bu gün “Napoleon” tortunun iki əsas növü mövcuddur:

“Yaş” Napoleon - qaymaqlı və ya bişmiş krem ilə hazırlanır. Tort yaxşı islanır, yumşaq və kremli olur.

“Quru” Napoleon - əsasən yağlı kremdən hazırlanır və bu səbəbdən daha xırtıldayan və sərt teksturaya malikdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
lent.az

1Источники