RU

Ordu korpuslarının keçidinin videosu - Hikmət Mirzəyev başçılıq etdi » AzadMedia.az


8 Noyabr – Zəfər Gününün 5-ci il dönümünə həsr olunan hərbi paradda Quru Qoşunların Bayrağı altında Ordu korpuslarının parad heyətlərinin keçidi başlayıb.

Parad heyətlərinə müdafiə nazirinin müavini, Quru Qoşunların Komandanı, general-polkovnik Hikmət Mirzəyev başçılıq edir.

Birinci Ordu Korpusunun parad heyətinə “Qarabağ” ordenli polkovnik Teymur Məmmədov başçılıq edir.

İkinci Ordu Korpusunun parad heyətinə “Rəşadət” ordenli general-mayor Vilayət Quliyev rəhbərlik edir.


Üçüncü Ordu Korpusunun parad heyətinə “Azərbaycan Bayrağı” ordenli general-mayor Bilal Çompuzov başçılıq edir.

Dördüncü Ordu Korpusunun parad heyətinə “Vətənə xidmətə görə” ordenli general-mayor İdris Məhərrəmov rəhbərlik edir.

Beşinci Ordu Korpusunun parad heyətinə “Zəfər” ordenli general-mayor Akif Pirverdiyev başçılıq edir.

Sözügedən görüntüləri təqdim edirik:
Избранный
16
9
azadmedia.az

9Источники