RU

Azərbaycan Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5 ci iclası keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 7-də İstanbulda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplantıda Azərbaycanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil edib.

İclasda iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Tərəflər mədəni irs, kino, teatr, muzey və kitabxana işi, yaradıcı sənayelər, musiqi təhsili və normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələr ortaq tarixi və mənəvi dəyərlərə əsaslanır, xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

İclasın sonunda Komissiyanın 5-ci iclasının protokolu imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
87
4
azertag.az

5Источники