Bu gün AĞ Partiya Zəfər günü münasibətilə II Fəxri Xiyabanı ziyarət edib. Partiya başqanı və digər rəhbər şəxslər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Ziyarət zamanı T.Abbaslı Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda qəhrəmanlıqla şəhid olmuş igidlərin ölkə tarixində əvəzsiz rol oynadığını vurğulayıb. Bildirib ki, onların fədakarlığı sayəsində bu gün Azərbaycan güclü və qalib bir dövlət kimi mövcuddur.
Ziyarətin sonunda şəhidlərin ruhuna dualar oxunub və onların ailələrinə, eləcə də qazilərə dərin minnətdarlıq ifadə olunub.
Musavat.com