"Liverpul" futbolçusu Dominik Soboslay ilə yeni müqavilə imzalamağa hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.
"Mersisaydlılar" ilə rəsmi danışıqlara başlayıb. 25 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Onun yeni sözləşməsi isə 2030-cu ilin yayınadək olacaq.
Qeyd edək ki, Soboslay 2023-cü ilin yayından "Liverpul"un formasını geyinir. O, cari mövsüm bütün turnirlərdə 15 matçda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.