Paytaxt Bakının müxtəlif küçə və meydanlarında insanlar 8 Noyabr – Zəfər Gününü coşqu ilə qeyd edirlər.
Musavat.com Report-a istinadən xəbər verir ki, şəhər sakinləri Azərbaycan bayraqları ilə küçələrə çıxaraq şəhidlərin xatirəsini anır, ordunun qəhrəmanlığını qürurla xatırlayırlar.
Mərkəzi prospektlərdə musiqilər səslənir, insanlar əlində bayraq və plakatlarla Zəfər yürüşləri keçirirlər.