Paytaxt Bakının müxtəlif küçə və meydanlarında insanlar 8 Noyabr - Zəfər Gününü coşqu ilə qeyd edirlər.
Far.Az report-a istinadən xəbər verir ki, şəhər sakinləri Azərbaycan bayraqları ilə küçələrə çıxaraq şəhidlərin xatirəsini anır, ordunun qəhrəmanlığını qürurla xatırlayırlar.
Mərkəzi prospektlərdə musiqilər səslənir, insanlar əlində bayraq və plakatlarla Zəfər yürüşləri keçirirlər.