RU

Çinin Tayvana hərbi hücumu yaxınlaşır– “Bild” konkret tarix göstərdi

Çin 2026-cı ilin noyabr ayında Tayvana qarşı hərbi əməliyyatlara başlaya bilər.
AzPost xəbər verir ki, Almaniyanın “Bild” qəzeti bu məlumatı Qərb kəşfiyyatındakı mənbələrə əsaslanaraq yayıb.

Məlumata görə, gələn ilin noyabrında ABŞ-da keçiriləcək aralıq parlament seçkiləri ölkədə siyasi gərginliyə və iğtişaşlara yol açarsa, Pekin yaranan vəziyyətdən istifadə etməyi planlaşdırır. Çin rəhbərliyi belə bir böhranı Vaşinqtonun diqqətinin daxili məsələlərə yönəlməsi üçün əlverişli fürsət kimi dəyərləndirir.

Mənbələr bildirir ki, Çin ordusu son illərdə mülki donanma gəmilərini hərbi məqsədlər üçün yenidən təchiz edir. Pekin 2026-cı ilin sonunadək 70-dən çox iri bərə və köməkçi gəmi inşa etməyi planlaşdırır.

Analitik May-Britt Stumbaumun fikrincə, əgər Çin rəhbəri Si Cinpin Tayvanın “sülh yolu ilə birləşdirilməsinin” mümkünsüzlüyünə əmin olarsa, o zaman hərbi işğal variantı gündəmə gətiriləcək.

Ekspertlər qeyd edirlər ki, Pekinin hazırlıqları təsadüfi deyil və Tayvan ətrafında artan gərginlik yaxın illərdə Cənub-Şərqi Asiyada ciddi dəyişikliklərə səbəb ola bilər.

AzPost.az

Избранный
57
azpost.info

1Источники