Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, Baş katib özünün “X” hesabında təbrik mesajı yerləşdirib.
“8 noyabr - Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”, - Ömüraliyev qeyd edib.