AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi davam edir.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kurs çərçivəsində məşğələlərə təlimatçı İlham Əzizzadə rəhbərlik edir.
Kursun dördüncü mərhələsi noyabrın 24-dən dekabrın 1-dək keçiriləcək.