RU

Azərbaycanın ABŞ-dəki Səfirliyində Zəfər Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Amerika Birləşmiş ŞtatlarındakıSəfirliyinin təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuştədbir keçirilib. Tədbirdə diplomatik korpus təmsilçiləri, hərbiattaşelər, ABŞ-dakı Azərbaycan icmasın nümayəndələri və digərqonaqlar iştirak ediblər.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib. Daha sonra Azərbaycan torpaqlarının suverenliyiuğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.

Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimdeyib ki, 8 noyabr Azərbaycan üçün ədalətin zəfər çaldığı gündür. Obildirib ki, bu tək Azərbaycan xalqı və ya xaricdə yaşayanazərbaycanlılar üçün deyil, eyni zamanda region və bütün dünya üçünədalətin bərpasıdır.

“Qələbə qazandıqdan sonra çox az sayda ölkə dərhal sülh əliniuzadır, lakin biz bunu etdik. Çünki biz inanırıq ki, qələbə yalnızmeydanda deyil, diplomatiyada da qazanılmalıdır. Bu, həmçininxalqlarımız üçün vacibdir. İndi sülh vaxtıdır. Düşünürəm ki, avqustayında Prezident İlham Əliyev və Ermənistanın baş naziri NikolPaşinyanın Vaşinqtonda olması çox diqqətəlayiqdir. Prezident DonaldTramp Cənubi Qafqazda sülh və rifahı növbəti mərhələyə çatdırmaqdabizə kömək etdi. Biz bu yolu davam etdirəcəyik. Biz həmişə güclüqalacağıq ki, bir daha heç kim bizə zərər vermək, torpaqlarımızıələ keçirmək barədə düşünməsin. Eyni zamanda, sülhün təkcə CənubiQafqazda deyil, daha geniş bölgədə insanlar arasında əlaqələrin,bizneslərin birgə işləməsinə imkan verməsi üçün əlimizdən gələniedəcəyik”,- deyə səfir əlavə edib.

Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayişolunub.

Ardınca çıxış edən Azərbaycanın Amerika Birləşmiş Ştatlarındahərbi attaşesi vəzifəsini müvəqqəti icra edən 3-cü dərəcəli kapitanKamran Tahirbəyli vətənin suverenliyi üçün canlarını fəda edənəsgərlərimiz barədə danışaraq hər şeydən əvvəl 8 noyabrın bizə əslgücün müharibədə deyil, sülhdə olduğunu xatırlatdığını bildirib. Odeyib ki, Azərbaycan əsgərinin şücaəti işğala deyil, işğala sonqoymağa, təhlükəsizliyi təmin etməyə və barışıq və birgəyaşayışayol açmaq məqsədi daşıyırdı. K. Tahirbəyli əlavə edib ki,Azərbaycan Cənubi Qafqazın xalqlar arasında əlaqə, rifah və dostluqbölgəsi olacağı bir gələcəyə ümidlə baxır.

Sonda kamança ustası Toğrul Orucov və pianoçu Faiq Abdullayevinifasında Azərbaycan musiqi nümunələri səsləndirilib.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Избранный
23
11
az.trend.az

10Источники