AZ

Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə diplomatik korpus təmsilçiləri, hərbi attaşelər, ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan torpaqlarının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib ki, 8 noyabr Azərbaycan üçün ədalətin zəfər çaldığı gündür. O bildirib ki, bu tək Azərbaycan xalqı və ya xaricdə yaşayan azərbaycanlılar üçün deyil, eyni zamanda region və bütün dünya üçün ədalətin bərpasıdır.

“Qələbə qazandıqdan sonra çox az sayda ölkə dərhal sülh əlini uzadır, lakin biz bunu etdik. Çünki biz inanırıq ki, qələbə yalnız meydanda deyil, diplomatiyada da qazanılmalıdır. Bu, həmçinin xalqlarımız üçün vacibdir. İndi sülh vaxtıdır. Düşünürəm ki, avqust ayında Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda olması çox diqqətəlayiqdir. Prezident Donald Tramp Cənubi Qafqazda sülh və rifahı növbəti mərhələyə çatdırmaqda bizə kömək etdi. Biz bu yolu davam etdirəcəyik. Biz həmişə güclü qalacağıq ki, bir daha heç kim bizə zərər vermək, torpaqlarımızı ələ keçirmək barədə düşünməsin. Eyni zamanda, sülhün təkcə Cənubi Qafqazda deyil, daha geniş bölgədə insanlar arasında əlaqələrin, bizneslərin birgə işləməsinə imkan verməsi üçün əlimizdən gələni edəcəyik”,- deyə səfir əlavə edib.

Seçilən
8
11
publika.az

10Mənbələr