RU

İtaliya Aİ-də ekoloji məhsul istehsalında lider olub

BAKI, 8 noyabr. TELEQRAF

İtaliya Avropa İttifaqında ekoloji cəhətdən təmiz məhsulların istehsalına görə birinci yeri tutur.

Teleqraf xəbər verir ki, Avropa Komissiyasının yeni məlumatlarına əsasən, ölkədə təxminən 19 min məhsul ətraf mühitə minimal təsir sertifikatı alıb.

Bu göstərici İtaliyanı “Ecolabel” proqramı çərçivəsində Aİ-nin liderinə çevirib.

1992-ci ildə yaradılan “Ecolabel” təşəbbüsü istehsalçılar və istehlakçılar arasında ekoloji məsuliyyətli seçimləri təşviq edir. Hazırda Avropa bazarında 100 mindən çox məhsul və xidmət bu ekomarkanı daşıyır.

Reytinqdə ikinci yeri 16 min sertifikatlı məhsulla İspaniya tutur. Onun ardınca Fransa (13 min), Almaniya (10 min) və Portuqaliya (7 min) gəlir.

Избранный
105
teleqraf.com

1Источники