RU

Prezidenti Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Poliqon” Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə

Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra).

“Azərbaycan Bayrağı” ordeni ilə

Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir.

“İgidliyə görə” medalı ilə

Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant;

Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor;

Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan;

Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.

Избранный
23
48
poliqon.az

10Источники