Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib.
Aznews.azxəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə
Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)
“Azərbaycan Bayrağı” ordeni ilə
Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir