RU

Fransada pişik “qonşuya getdiyi” üçün ev dustaqlığına salındı

Musavat.com xəbər verir ki, Fransanın Adj şəhərində məhkəmə qonşunun əmlakına ziyan vurduğu iddiası ilə Remi adlı pişiyə görə onun sahibi Dominik Valdesi məsuliyyətə cəlb edib.

Məhkəmə qərarına əsasən, Valdes 1,2 min avro kompensasiya və pişiyin hər “qonşuya səfərinə” görə 30 avro cərimə ödəməlidir. İş materialları 90 səhifədən ibarətdir.

İddialara görə, pişik qonşunun təzə suvanmış divarlarını korlayıb və quruyan yorğan-döşək üzərinə nəcis edib. Lakin pişiyin sahibi bildirir ki, ittihamlar yalnız dolayı sübutlara əsaslanır və “qonşunun təqdim etdiyi şəkillərdə bağda başqa pişiklərin də olduğu” görünür.

Hökm elan edildikdən sonra Dominik Valdes Remini ev dustaqlığında saxlayır, lakin pişiyin “hasardan tullanıb qaçacağından” ehtiyat etdiyini deyir. 

 

Musavat.com

Избранный
53
musavat.com

1Источники