RU

: “Konte taktika baxımından ən yaxşı mütəxəssislərdəndir”

İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas “Napoli”ni ötən mövsüm A Seriyasının çempionu edən Antonio Konte haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib.

“Təcrübəmlə tam əminliklə deyə bilərəm ki, Konte taktika məsələlərində ən yaxşı mütəxəssislərdən biridir. Onunla işlədiyimiz dövrləri xatırlayıram, müxtəlif taktiki variantlar sınaqdan keçirdik və o, xüsusilə bu sahəyə çox diqqətlə yanaşırdı”

Xatırladaq ki, Fabreqas 2016-cı ildə Konte “Çelsi”yə qayıtdığı vaxt qısa müddət onun rəhbərliyi altında çalışıb.

Hazırda “Napoli” İtaliya A Seriyasında turnir cədvəlinə başçılıq edir, “Komo” isə yeddinci pillədə qərarlaşıb.

Избранный
80
90deqiqe.az

1Источники