RU

DTX-nin Akademiyasında elmi-praktik konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adınaAkademiyasının (Akademiya) Heydər Əliyev Muzeyində “Zəfər Günü” və“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycandademokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinintəsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparanyol” adlı respublika elmi-praktik konfransı keçirilmişdir.

Tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsilmüəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri iləyanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları vətəhlükəsizlik orqanlarının veteranları iştirak etmişlər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Akademiyanınərazisində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə güldəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramlaanmışlar.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider HeydərƏliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazibütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarınınəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himnisəsləndirilmişdir.

Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisigeneral-mayor Elşad Nəsirov qonaqları salamlamış və bu il noyabrayının 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünüdiqqətə çatdırmışdır. Zəfər Gününün Azərbaycan xalqının dövlətçiliktarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasirdövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeydedən natiq bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin misilsizsəyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəmqoymuş müasir Azərbaycan Respublikası bu gün dövlətimizin başçısıcənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinəyüksəlmiş, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionunlider dövlətinə çevrilmiş, öz ərazi bütövlüyünü və dövlətsuverenliyini tam bərpa etməyə nail olmuşdur.

Ardınca konfransın mövzusuna dair videoçarx nümayişetdirilmişdir.

Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin sədri Əli Hüseynli AzərbaycanRespublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasisisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıxbağlı olduğunu qeyd etmişdir. Ə.Hüseynli bildirmişdir ki, XX əsrinsonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan üçün dövlətquruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsaslarınyaradılması həyati zərurətə çevrilmişdi. 1995-ci ildə qəbul edilənAzərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyevideyalarının hüquqi təcəssümüdür.

Milli Məclisin Komitə sədri qeyd etmişdir ki, Heydər Əliyevinəsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti özbəhrəsini verdi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunumüasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərəkAzərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirdi.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasınınrəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli LiderHeydər Əliyevin Azərbaycan xalqının milli yaddaşında dövlətinqurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkkolunduğunu qeyd edərək, ötən əsrin 90-cı illərinin əvvəllərindəmövcud olmuş mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasiiradəsinin, xalqın taleyinə məsuliyyətli yanaşmasının Azərbaycanıdağılmaq təhlükəsindən xilas etdiyini vurğulamışdır. Q.Novruzovbildirmişdir ki, Prezident İlham Əliyev Ümummilli Lider HeydərƏliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycandövlətçiliyinin yeni mərhələsini - Zəfər və Suverenlik dövrünüyaratdı.

“Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsiiştirakçısı polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək UluÖndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqlayanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeydetmişdir. N.Şadmanov bildirmişdir ki, ölkə başçımızın qətiyyəti,xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfərəldə edildi. 44 gün davam edən Vətən müharibəsində və lokalantiterror əməliyyatlarında şəhidlərimiz canlarını fəda edərək,xalqımızın azadlıq salnaməsini yazdılar.

Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov həmçininonu da qeyd etmişdir ki, Prezident İlham Əliyevin fəaliyyətinəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrətidurmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchizolunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha dayaxşılaşdırılır.

Konfransın sonunda xatirə fotoşəkli çəkdirilmişdir.

DTX-nin
DTX-nin
DTX-nin
DTX-nin
Избранный
23
14
az.trend.az

10Источники