RU

Türkiyə futbol mərc oyunları ilə bağlı 18 hakim həbs edilib

ain.az, Ayna saytına istinadən bildirir.

Saxlanılanlar arasında Super Liqa klubunun prezidenti də olub

İstanbul Baş Prokurorluğu futbol hakimlərinin bukmeker kontorlarında oyunlara mərc etməsi ilə bağlı işdə 21 şübhəli şəxsdən 18-i üçün həbs qərarı verib. AYNA.AZ “Anadolu” agentliyinə istinadən bildirir ki, saxlanılanlar arasında Super Liqa klubunun prezidenti də olub.

Daha əvvəl Türkiyə Futbol Federasiyası 149 peşəkar hakimi səkkiz aydan bir ilə qədər müddətə oyunlardan kənarlaşdırmışdı.

Federasiya prezidenti İbrahim Hacıosmanoğlu milli futbolda "mənəvi böhran" olduğunu bildirib. O əlavə edib ki, hakimlərlə bağlı aparılan araşdırma zamanı onlardan 42-sinin oyunlara 1000-dən çox, birinin isə 18227 mərc etdiyi aşkar edilib. Bir çox hallarda mərclər yalnız bir dəfə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
ayna.az

2Источники